Marketing Assistant ("Usta Mənəm 3" ) 1
Date: Apr 6, 2026
Location: Baku, AZ, AZ1025
Company: HOLCIM Group
Vakansiya: Marketinq Assistent ("Usta Mənəm" layihəsi)
Şirkət: Holcim Azərbaycan
Vəzifə haqqında: Holcim Azərbaycan olaraq, ölkənin ən peşəkar ustalarını bir araya gətirən "Usta Mənəm" layihəsi üçün enerjili, ünsiyyətcil və təşkilatçı "Layihə üzrə Assistent" axtarırıq. Bu vəzifəni icra edən şəxs layihənin uğurla həyata keçməsi üçün iştirakçılarla (ustalarla) birbaşa və daimi əlaqədə olacaq, qeydiyyat və məlumatlandırma proseslərini idarə edəcək.
Əsas Öhdəliklər:
• İştirakçıların Cəlbi: Ustalara aktiv zənglər edərək layihə haqqında məlumat vermək və onları yarışmaya dəvət etmək.
• Qeydiyyat və Baza İdarəetməsi: Yarışmaya qoşulmaq istəyən ustaların qeydiyyat prosesini aparmaq və məlumatlarını Excel bazasına dəqiq şəkildə daxil etmək.
• Müştəri Xidmətləri: Layihə ilə bağlı gələn zənglərin, SMS və sosial media mesajlarının operativ, nəzakətli şəkildə cavablandırılması.
• Davamlı Kommunikasiya: Yarışma prosesinin gedişatını izləmək, iştirakçılarla daimi əlaqədə qalaraq onlara təlimat vermək və yaranan sualları həll etmək.
• Təşkilati Dəstək: Layihə rəhbərinə və komandaya yarışma müddətində yaranan digər gündəlik əməliyyatlarda və təşkilati işlərdə dəstək göstərmək.
Namizədə Dair Tələblər:
• Dil Bilikləri: Azərbaycan dilində səlis, aydın və qrammatik cəhətdən düzgün şifahi/yazılı nitq qabiliyyəti mütləqdir (Rus və/və ya İngilis dili biliyi arzuolunandır).
• Kompüter Bilikləri: MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmə və baza yığma bacarığı.
• Şəxsi Keyfiyyətlər: Yüksək ünsiyyət qurma qabiliyyəti, səbirli, inandırıcı səs tonu, operativlik və komandada işləmək bacarığı.
• Təcrübə: Zəng mərkəzi (Call Center), müştəri xidmətləri, satış və ya layihə koordinasiyası sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.