Videoqraf/Fotoqraf 1
Date: Apr 10, 2026
Location: Baku, AZ, AZ1025
Company: HOLCIM Group
Holcim Azərbaycan olaraq rəqəmsal kommunikasiyamızı gücləndirəcək, innovasiya, davamlılıq və korporativ dəyərlərimizi vizual hekayələrə çevirəcək istedadlı və peşəkar Videoqraf/Fotoqraf axtarışındayıq. Axtardığımız şəxs sadəcə "düyməyə basan" deyil, həm zavod mühitində, həm də ofis şəraitində düzgün işığı, kadrı və emosiyanı tuta bilən, rəqəmsal trendləri (Sosial Media kanalları) yaxından izləyən komanda oyunçusudur.
• Çəkilişlərin Təşkili: Holcim zavodlarında (istehsalat sahəsində), Binastore mağazalarında, korporativ tədbirlərdə və ofis daxilində peşəkar video və foto çəkilişlərin (kamera, səs və işıq daxil) həyata keçirilməsi.
• Qısa və Dinamik Məzmun Yaradılması: Layihələr çərçivəsində sosial media və daxili şəbəkə üçün 1 dəqiqəlik, yüksək enerjili və cəlbredici videoların hazırlanması.
• Müsahibə və Rəy (Testimonial) Çəkilişləri: Rəhbər şəxslərlə, zavod işçiləri ilə və müştərilərlə (ustalar/dilerlər) ssenariyə uyğun müsahibələrin çəkilməsi.
• Peşəkar Montaj (Post-production): Çəkilmiş materialların montajı, rəng korreksiyası (color grading), səs dizaynı, lazımi musiqilərin və subtitrlərin (Azərbaycan/İngilis) əlavə edilməsi.
• Korporativ Standartlara Nəzarət: Hazırlanan bütün vizualların və videoların qlobal Holcim Brandbook (loqo yerləşməsi, rəng palitrası, şriftlər) qaydalarına 100% uyğunluğunun təmin edilməsi, HSE qaydalarına yüksək səviyyədə uyğunluq
Namizədə Dair Tələblər (Bizə nələr lazımdır?):
• Təcrübə: Videoqrafiya\Fotoqrafiya və montaj sahəsində minimum 2-3 il iş təcrübəsi (Korporativ sektorda, xüsusilə B2B və ya sənaye sahəsində təcrübə böyük üstünlükdür).
• Texniki Biliklər: Adobe Premiere Pro, After Effects, Photoshop (və ya bənzər peşəkar montaj/qrafika proqramları) ilə yüksək səviyyədə işləmə bacarığı.
• Avadanlıqla İş: Kamera yaxa mikrofonları, işıqlandırma sistemləri və gimbal (stabilizator) kimi avadanlıqlarla sərbəst və operativ işləmək qabiliyyəti.
• Təhlükəsizlik Mədəniyyəti: Holcim-in SƏTƏM (HSE - Sağlamlıq, Əməyin Təhlükəsizliyi) qaydalarına hörmətlə yanaşmaq və zavod ərazisində çəkiliş zamanı qaydalara qəti şəkildə riayət etmək.
• Soft Skills (Fərdi Keyfiyyətlər): Yaradıcı yanaşma, detallara diqqət, komanda ilə işləmək bacarığı və verilmiş "deadline"lara (son tarixlərə) ciddi əməl etmək.
Namizədlərdən CV ilə yanaşı, mütləq şəkildə Portfolio (Showreel və ya əvvəllər çəkdiyi video/foto nümunələrinin linki) təqdim etmələri xahiş olunur. Portfoliosu olmayan müraciətlərə baxılmayacaq.