Visual creator (designer) 1
Date: Apr 29, 2026
Location: Baku, AZ, AZ1025
Company: HOLCIM Group
Rol haqqında: Biz brendlərimizin vizual kommunikasiyasına görə məsuliyyəti öz üzərinə götürəcək istedadlı və təşkilatçı kreativ mütəxəssis axtarırıq. Sizin vəzifəniz sadəcə yüksək keyfiyyətli 2D/3D və video kontent yaratmaq deyil, həm də kreativ layihələrə ideya mərhələsindən yekun icraya qədər sərbəst şəkildə rəhbərlik etməkdir.
Əsas vəzifələriniz:
1. Qrafik və 3D dizayn:
-
Marketinq materialları üçün əsas vizualların (POSM, çöl reklamı, rəqəmsal bannerlər, poliqrafiya) hazırlanması.
-
3D modelləşdirmə və vizuallaşdırma (məhsulların mühitə inteqrasiyası, layihə konseptləri).
-
Qrafikaların və mokapların (mockup) yaradılması (o cümlədən süni intellekt (AI) alətlərindən istifadə etməklə).
2. Motion-dizayn:
-
Sosial şəbəkələr (Instagram, TikTok, LinkedIn) üçün 2D animasiya və motion-qrafikaların hazırlanması.
3. Podratçıların koordinasiyası və texniki nəzarət:
-
İcraçılarla iş: 2 ştatdankənar dizaynerin (podratçının) işinin koordinasiyası. Brifinq verilməsi, maketlərin keyfiyyətinin yoxlanılması, son nəticənin təsdiqlənməsi və müddətlərə (deadline) nəzarət.
-
Texniki spesifikasiyalar: Çap bukletlərindən tutmuş iriqabaritli sərgi stendlərinə qədər istehsalat üçün dəqiq parametrlərin, ölçülərin və çertyojların (sxemlərin) hazırlanması və təqdim edilməsi.
Sizdən gözləntilərimiz (Tələblər):
-
Adobe Creative Cloud (Photoshop, Illustrator, After Effects) proqramlarını mükəmməl səviyyədə bilmək.
-
3D redaktorlarında (Blender, Cinema 4D və ya analoqları) iş təcrübəsi.
-
Corel Draw proqramını bilmək və çapaqədərki hazırlıq (pre-press) standartlarını dərindən mənimsəmək.
-
Art-direkşn (Art-direction) təcrübəsi: frilanserlərə/podratçılara tapşırıqları düzgün vermək və istənilən nəticəni əldə etmək bacarığı.
-
Texniki savadlılıq: istehsal proseslərini (materiallar, çap xüsusiyyətləri, stend quraşdırıcılarının tələbləri) anlamaq.
-
Aktual portfolionun olması (linkin qeyd olunması mütləqdir).