Junior Instrumentation Technician

Date: Sep 7, 2026

Location: Sahil, AZ, AZ1083

Company: HOLCIM Group

Əsas vəzifələr:
● Avadanlıqların təmirində iştirak edir və profilaktik gulluğunu aparır.
● Profilaktik tədbirlər üzrə texniki xidmət qrafikini hazırlayır
● Hazırlanmış cәdvәlә әsasәn nәzаrәt olçü аvadanlıqlarının kolibrasiyasına dəstək göstəriri.
● Hazırlanmış cәdvәlә әsasәn nәzаrәt olcü аvadanlıqlarının yoxlanılmasının yerinә yetirilmәsi.
● Həmin avadanlıqların təmiri üçün təyin olunmuş material və ehtiyyat hissələrini qənaətlə işlədir.
● Həmin avadanlıqların təmiri üçün lazim olan material və ehtiyyat hissələri haqqında vaxtında məlumat verir.
● Rəhbəri tərəfindən verilən göstərişə və təlimata uyğun olaraq bütün sement istehsalı texnologiyasına və köməkçi MPN və SDBİ avadanlıqlarının, gaz analizatorlar, nəqliyyat tərəziləri, körpü tipli tərəzilər, tərəzili qidalandiricilar, saygaclar, UPS, və s. NÖC cihazlarına nəzarət edir, elektrik xidmətlərinin göstərilməsi, həmin avadanlıqların və bəzi qurğuların quraşdırılmasında içtirak edir.
● AG-li panellərdə, sensorlarda və digər NÖC avadanlıqlarında tənzimləmələr aparmaq, ehtiyyac olduqda nəzarət
dövrələrinin və panellərinin quraşdırılmasında iştirak edir.
● Tələb olunan normalara,qaydalara və standartlara əməl edir
● Qaz analizatorlar, nəqliyyat tərəziləri, körpü tipli tərəzilər, tərəzili qidalandiricilar, sayğaclar, UPS, və s. NÖC cihazlarının təqvim qrafikinə uyğun olaraq vaxtaşırı yoxlanılmasını təmin edir.,nəzarət cədvəllərini vaxtında doldurur.
● Təyin olunmuş xüsusi öhtəliklərini yerinə yetirir.
● UPS-lərdə təmir işlərinin aparılmasında ,akkumulyatorların dəyişdirilməsində bilavasitə iştirak edir.
● Bütün növ tərəzili qidalandırıcılarda və avtomobil, dəmiryol tərəzilərində təmir işləri aparır.
● NÖC ilə əlaqəli optik,siqnal,şəbəkə və idarə kabellərini nəzarətdə saxlayır.
● İnformasiya birləşmə qutularında (İCB) və digər NÖC, MPN, MCC və digər panellərdə və qurğularında səliqə-səhmanın və təmizliyin olmasına diqqət yetirir.
● İş yerini təmiz saxlayır.
 Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək.