Repair Electrician

Date: Jun 12, 2026

Location: Sahil, AZ, AZ1083

Company: HOLCIM Group

Əsas vəzifələr:


 Yarımstansiyalarda və digər yüksək, orta və alçaq gərginlikli elektrik avadanlıqların sökülməsi, yığılması, onların əsaslı və
cari təmirini aparır.
 Elektrik avadanlıqların fasiləsiz və keyfiyyətli işini təşkil edir, bunun üçün onların düzgün quraşdırılmasını və xidmətini təmin
edir.
 Yüksək orta və alçaq gərginlikli mühərriklərin mərkəzləşdirilməsi, həmçinin digər avadanlıqlarının sxemlərə uyğun
quraşdirılması, onlarda olan defektlərin və nasazlıqları təyin edilməsi və aradan qaldırılması üçün tədbirlər görür
 Yüksək orta və alçaq gərginlikli mühərriklərin, həmçinin digər avadanlıqlarının təmirindən sonra onların ayrı-ayrı
parametrlərinin normaya uyğun olub olmamasını yoxlamaq məqsədilə sınaqların keçirilməsində iştirak edir.
 Zavodda fəaliyyət göstərən bütün kabel xəttlərinin təmirini, onların montaj və demontaj olunmasını, birləşmə və sonluq
muftalarının salinmasıni həyata keçirir.
 Yüksək orta və alçaq gərginlikli yüksəklikdə olan hava xəttlərinin təmir işlərini aparır, həmçinin onlarin gərginlikdən azad
etməsini və qoşulmasını həyata keçirir
 İşlək və ehtiyat operativ gərginlik mənbələrinin vəziyyətini daima nəzarət altında saxlayır
 Avadanlığın rele mühafizə sxemlərinin yoxlanılması, onların təmir olunması və quraşdırılması işini aparır
 Yarımstansiyalarda və digər elektrik otaglarda avtomatların, ayırıcı və kəsicilərin elektrik intigallarının, alçaq yüksək və orta
gərginlik açarlarının tənzimlənməsi,dəyişdirilməsi və təmiri işlətrini aparır
 Elektrik avadanliqlarının əsaslı və cari təmirindən sonra onların kompleks sınaqdan çıxarılmasını və onların ekspluatasiyaya
buraxılmasına hazırlamaq işini həyata keçirir.
 Alətlərdən, cihazlardan, qoruyucu vasitələrdən səmərəli istifadə edir və onları tələb olunan qaydada saxlayır.
 İş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir.
 Yarımstansiyanın və digər elektrik otaqlarının təmizliyinə cavabdehdir
 Quru üsulla işləyən yeni sobanın texnoloji xəttindəki elektrik avadanlıqlarının təmirində ,təftişində və istismarinda iştirak edir.
 Elektrik-montaj işlərini görür.
 Zəruri hallarda növbəli iş rejimi ilə işləyir
 Zavod ərazisində olan yarımstansiyalarda və elektrik otaqlarda yüksək, orta və alçaq gərginlik avadanlıqlarda təmir işləri
yerinə yetirir.
 Nəzarət Ölcü Cihazlarına aid işləri yerinə yetirir.
 Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı
olmaq və ona əməl olunmasına ciddi riayət etmək