Repair Fitter
Date: Jun 12, 2026
Location: Sahil, AZ, AZ1083
Company: HOLCIM Group
Əsas vəzifələr:
Fəaliyyət göstərən avadanlıqların texniki sazlığını, onların optimal tejimlə işləməsini və bunun nəticəsində
avadanlıqlardan istifadə etmə əmsalının yüksəlməsini həyata keçirir.
Avadanlıqların fasiləsiz və yüksək keyfiyyətli işini, bunun üçün onların düzgün quraşdırılması və xidmətini təşkil
edir.
Avadanlıqların təmir və profilaktik gulluğunu aparır, onları düzgün istismar edir, avadanlıqlara lazım olan
ehtiyat hissələrinin hazırlanmasını təşkil edir.
Mexaniki avadanlıqların əsaslı və cari təmirinin yüksək keyfiyyətdə aparır.
Avadanlığın təmirindən sonra onların ayrı-ayrı parametrlərinin normaya uyğun olub - olmamasını yoxlamaq
məqsədi ilə sınaqdan keçirilməsində iştirak edir.
Mexaniki-təmir sexindəki burğu,əymə,kəsmə dəzgahlarında işləyir,babitli yastıqların tökulməsini və qeyri-
standart detalların hazırlanmasını təmin edir.
İş yerini təmiz saxlayır
Soba xəttində təmir işlərini həyata keçirir.
Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam
məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək.