Reserve driver
Date: Apr 2, 2026
Location: AZ, AZ1089
Company: HOLCIM Group
Əsas vəzifələr:
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirir
Şöbənin təqdim etdiyi sifarişlərə əsasən malların vaxtında və təhlükəsiz şəkildə satış nöqtələrinə
çatdırılmasını təmin edir
Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirir
Avtomobilin düzgün idarə olunmasını daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin edir
Verilən sifarişlər qaimələrə əsasən avtomaşına yüklənərkən sürücü malların səliqəli, zədələnmədən,
yararsız hala düşmədən sayına, görkəminə diqqət yetirir, həmin malları vaxtında göstərilmiş ünvana
çatdırır
Şirkəti düzgün təmsil edir, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə
uyğun davranır
Anbardan mal götürülən zaman avtomaşına yüklənmiş malı qaimələrə əsasən sayıb təhvil alır, maşının
yüklənməsinə nəzarət edir
Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşıyır
Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirir, aşkar olunmuş nasazlıqları aradan
qaldırır
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatlarının, qüvvədə olan yol hərəkəti
qaydalarının bütün tələblərinə şərtsiz riayət edir
Şirkətin imicini bazarda daha da artırmaq məqsədilə istehlakçılarla münasibətlərin daha yaxşı olmasına
nəzarət edir
Bazar münasibətlərində maraqlı tərəflərlə şirkəti müsbət şəkildə təmsil və müdafiə edir
Dürüst fəaliyyət göstərir və şirkətin Davranış Kodeksinə hörmətlə yanaşır.
Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları
haqqında tam məlumatı olur və ona əməl olunmasına ciddi riayət edir.