Laboratory specialist

Date: Jun 18, 2026

Location: Sahil, AZ, AZ1083

Company: HOLCIM Group

Əsas vəzifələr:

  • Keyfiyyətə Nəzarət Planında təsvir olunan bütün analizləri dəqiq və vaxtında yerinə yetirir, nəticələrin daxili spesifikasiyalara, istehsalatın keyfiyyət hədlərinə, standartlara və normalara uyğunluğunu təmin edir;

  • İstehsalatın tələblərinə və ətraf mühitə dair tənzimləyici qaydalara uyğunluğu təmin etmək məqsədilə alternativ yanacaqların qəbul edilməsi, hazırlanması, sınaqdan keçirilməsi və keyfiyyətinin yoxlanılması üçün cavabdehlik daşıyır;

  • AFR (Alternativ Yanacaq və Xammal) laboratoriya avadanlıqlarının düzgün işlədilməsini və istifadəsini təmin edir, onların müntəzəm olaraq standartlara uyğun şəkildə kalibrlənməsini həyata keçirir;

  • Daxili və xarici nümunələrin qəbul edilməsi, hazırlanması, yoxlanılması və saxlanması proseslərinə cavabdehlik daşıyır. Nümunələrin anbarda düzgün saxlanılmasını, müvafiq müddətdə saxlanılmasını və utilizasiyasını lazımi qeydləri apararaq təmin edir; 

  • İstehsalat və API 10A standartının tələblərinə uyğunluğu təmin etmək məqsədilə quyu sementi laboratoriyasının fəaliyyətlərini həyata keçirir;

  • Laboratoriyanın daimi fəaliyyətini təmin etmək məqsədilə tələb yarandığı hallarda növbəli iş rejimini dəstəkləyir;

  • Laboratoriya fəaliyyətlərinin və qeydlərinin standartlara uyğun şəkildə dəqiq sənədləşdirilməsini və daxili/xarici nümunələrin izlənilməsi ilə laboratoriya qeydlərinin hazırlanmasını və saxlanılmasını təmin edir;

  • Laboratoriyada sınaqdan keçirilmiş test nəticələrində hər hansı təsdiq olunmuş kənara çıxma hallarını müəyyən edir, araşdırır, hesabat verir və qeydlər aparır. Nəticələr və uyğunsuzluqlar barədə Laboratoriya Rəhbərini vaxtında məlumatlandırır;

  • Dəqiq analiz nəticələrini əldə etmək üçün laboratoriya avadanlığı və metodlarının kalibrasiyasına və yoxlanmasına cavabdehlik daşıyır;

  • Keyfiyyət məlumatlarının və sınaq nəticələrinin düzgünlüyünü izləyir və yoxlayır, laboratoriya nəticələrinin məlumat bazasını saxlayır, statistik analizlər aparır və keyfiyyət hesabatları hazırlayır; 

  • Analiz nəticələrinin və qeydlərinin dəqiqliyini təmin edir, nəticələrin təşkilat xaricindəki məxfiliyini və qərəzsizliyini qoruyur. Məlumatların LIMS-ə düzgün daxil olunmasını təmin edir;

  • Laboratoriyanın daimi fəaliyyəti üçün kimyəvi maddələrin və digər materialların ehtiyatını nəzarətdə saxlayır;

  • İstifadə olunan avadanlığın təmizlənməsinə və saz saxlanmasına cavabdehlik daşıyır, nasazlıqlar olduğu halda Laboratoriya Rəhbərinə məlumat verir;

  • Laboratoriyanın daim təmiz və səliqəli saxlanılmasını təmin edir;

  • Laboratoriya Rəhbəri tərəfindən verilmiş əlavə tapşırıqları öz vəzifə və öhdəlikləri daxilində yerinə yetirir;

  • Əməyin Mühafizəsi, Təhlükəsizlik və Ətraf Mühitin Qorunması (HSE) qaydalarına uyğun fəaliyyət göstərir;

  • Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydalarına riayət edir.

 

Bacarıq və Kvalifikasiyalar: 

 

  • Kimya və Kimya mühəndisliyi sahəsində ali təhsil;

  • Müvafiq sahə üzrə minimum bir il iş təcrübəsi; 

  • MS Office tətbiqi;

  • Detallara diqqətlə yanaşmaq;

  • Azərbaycan - ana dili, İngilis dili biliyi yazı və danəşıq